14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Nazarbayevin qızı prezident seçkilərinin şəffaf keçirilməsinə çağırıb
Tarix: 11-04-2019 19:12 | Bölmə: Dünya

Ölkədə qanuni, şəffaf və ədalətli prezident seçkilərinin təmin edilməsi vacib tapşırıqdır
Trend-in məlumatına görə, bunu Qazaxıstan parlamenti Senatının (Yuxarı palata) sədri Dariqa Nazarbayeva bəyan edib.
Xanım D.Nazarbayeva bildirib ki, qarşıdakı növbədənkənar prezident seçkiləri Qazaxıstanın gələcəyinə, ölkənin inkişaf yoluna çox böyük təsir göstərəcək:
"Vətəndaşların iradələrini sərbəst şəkildə bildirməsi müstəqil Qazaxıstanın nailiyyətlərdən biridir. Bizim ümumi vəzifəmiz Qazaxıstan Respublikasının Prezidenti seçkilərinin ədalətli, qanuni və şəffaf keçirilməsini təmin etməkdir".
Onun sözlərinə görə, Qazaxıstan Prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevin növbədənkənar seçkilərin təyin edilməsi haqqında qərarı düzgündür və vaxtında verilib: "Çünki cəmiyyət ilk Prezident Nursultan Nazarbayevin strateji kursunun davam etməsinin qanuni təsdiqini gözləyir".
Qeyd edək ki, ölkəyə 30 ilə yaxın müddətdə rəhbərlik edən N.Nazarbayev martın 20-də istefa verib. Bundan əvvəl Senatın sədri olan K.Tokayevin prezident səlahiyyətləri 2020-ci ildə başa çatır. K.Tokayev növbədənkənar prezident seçkilərinin iyulun 9-da keçiriləcəyini bəyan edib.



Baxış sayı: 559


Bölməyə aid digər xəbərlər