Bütün xəbərlər
Politico: "AB rəsmiləri Trampın səhhətini getdikcə daha çox müzakirə edirlər"
Tarix: 28-01-2026 16:44 | Bölmə: Dünya

"Politico" mənbələrə istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri ABŞ prezidenti Donald Trampın səhhətini getdikcə daha çox müzakirə etməyə başlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, bu mövzu AB-də bütün səviyyələrdə müzakirə olunur.
Mənbələrdən biri nəşrə bildirib ki, "ABŞ prezidentinin səhhəti ilə bağlı narahatlıqlar sürətlə bütün səviyyələrdə daha çox yayılmış mövzuya çevrilir".
"Politico" əvvəllər Slovakiyanın Baş naziri Robert Fikonun Ağ Ev liderinin ruhi vəziyyəti ilə bağlı narahatlığını bildirdiyini bildirmişdi. Məlumata görə, Slovakiya baş naziri bu məsələni Floridada ABŞ prezidenti ilə görüşdən sonra Avropa liderləri ilə görüşdə qaldırıb.
Tramp özü qeyd edib ki, onun səhhəti və idrak qabiliyyəti əladır və heç bir sağlamlıq problemi aşkarlanmayıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər