Bütün xəbərlər
Rumıniyanın Qara dəniz sahillərində dəniz minası aşkar edilib
Tarix: 28-01-2026 16:31 | Bölmə: Dünya

Rumıniyanın Konstansa əyalətindəki Qara dəniz çimərliyində dəniz minası aşkar edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti çərşənbə günü məlumat verib.
Dalğıc və mina təmizləyicilərindən ibarət qrup minanı zərərsizləşdirmək üçün çalışır.
Bəyanatda deyilir: "Çərşənbə, 28 yanvar, saat 10:05-də (Moskva vaxtı ilə saat 11:05) Midia təlim poliqonunun əsgərləri çimərlikdə dəniz minası aşkar ediblər".
Ətraf polis dəstəyi ilə mühasirəyə alınıb.Rumıniya Müdafiə Nazirliyinin məsul bölmələri kəşf barədə məlumatlandırılıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər