21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
WP: Polşa yanlış münaqişəyə hazırlaşıb
Tarix: 27-01-2026 22:33 | Bölmə: Dünya

Polşa ənənəvi hərbi münaqişəyə hazırlaşırdı, lakin pilotsuz uçuş aparatları kimi mümkün hibrid təhdidləri nəzərə ala bilmədi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ekspertlərə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, Polşa hərbi potensialını gücləndirsə də, müasir münaqişə formatına hazır deyil.
"Daha ənənəvi müharibə növünə hazırlaşmağa başladıq. Məlum oldu ki, daha ucuz metodlar, yəni dronlar, çox uğurlu ola bilər və cəbhə xəttində, xüsusən də çox bahalı ənənəvi silahlarla müqayisədə mühüm taktiki üstünlüklər təmin edə bilər", - deyə, Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.
Polşa əvvəllər "könüllülər koalisiyası"nın hərbi qüvvələrinin ölkə daxilində yerləşdirilməsinə razılıq vermişdi.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər