Bütün xəbərlər
Cənubi Koreyanın keçmiş Baş naziri Li He Çan vəfat etdi
Tarix: 25-01-2026 14:53 | Bölmə: Dünya

Cənubi Koreyanın keçmiş Baş naziri, keçmiş təhsil naziri və hakim Birləşmiş Demokrat Partiyasının keçmiş sədri Li He Çan 73 yaşında Vyetnamda vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat verib.
"Yonhap" yazır: "Dinc Birləşmə Məşvərət Şurasının (PUAC) baş vitse-prezidenti vəzifəsində çalışan Li He Çan Ho Şi Min şəhərindəki xəstəxanada ürək tutmasından vəfat edib...".
22 yanvarda o, Vətəndaş Hüquqları Siyasi Alyansının Vyetnam şöbəsinin iclasında iştirak etmək üçün Vyetnama səfər edib. Cümə axşamı günü, uçuşundan əvvəl, qripəbənzər simptomlar olduğunu bildirib və vəziyyəti pisləşdikdən sonra cümə günü evə qayıtmaq niyyətində olub. Lakin cümə günü uçuşunu gözləyərkən nəfəs darlığı hiss etdikdən sonra təcili yardım şöbəsinə aparılıb.
Xəstəxanaya aparılarkən ürəyi dayanıb. Daha sonra xəstəxanada yenidən ürək tutması keçirib. Həkimlər stent əməliyyatı keçirdilər, lakin siyasətçinin həyatını xilas edə bilmədilər. O, 73 yaşında idi.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər