09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
80 yaşlı aktyor yenidən ata olmaq istəyir
Tarix: 10-04-2019 21:36 | Bölmə: Dünya
        80 yaşlı aktyor yenidən ata olmaq istəyir

Rus aktyoru Emmanuil Vitorqan yenidən ata olmaq istədiyini deyib.
Axşam.az xəbər verir ki, onun qızı Etelin 1 yaşı var. Aktyorun xanımı bildirib ki, qızı onların həyatını çox dəyişib:
"O hər gün evə tələsir uşaqla çox vaxt keçirir. Qızımız çox gözəl şəraitdə böyüyür”.
Vitorqan ailəsini böyütmək niyyətində olduğunu deyib. “Biz qızımız üçün bacı və ya qardaş dünyaya gətirməyi düşünürük. Mən hamıya deyirəm, ailənizi genişləndirin, uşaq dünyaya gətirin" deyə, o, bildirib.
Qeyd edək ki, aktyor digər övladları və nəvələri ilə də görüşür, onlarla da vaxt keçirir.


Baxış sayı: 557


Bölməyə aid digər xəbərlər