Bütün xəbərlər
Suriya Müdafiə Nazirliyi ölkənin şimal-şərqində müvəqqəti atəşkəs elan etdi
Tarix: 20-01-2026 20:51 | Bölmə: Dünya

Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyi ölkənin şimal-şərqində atəşkəsin başlandığını elan etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərar Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyası arasında əldə edilən razılaşma ilə əlaqədardır.
Nazirliyin açıqlamasına görə, atəşkəs 20 yanvar yerli vaxtla (Moskva vaxtı ilə) saat 20:00-da qüvvəyə minəcək.
Nazirliyin açıqlamasında deyilir: "Bu qərar Suriya hökuməti və SDQ tərəfindən elan edilən razılaşmalara uyğun olaraq dörd gün müddətində qüvvədə qalacaq".
Bir müddət əvvəl Suriyanın keçid prezidenti Əhməd əl-Şara hökumət qüvvələri ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd silahlı birləşmələri arasında atəşkəs təmin edən razılaşmanı təsdiqləyib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər