Bütün xəbərlər
Makron Davosda çoxtərəfli əməkdaşlığa çağırış edib
Tarix: 20-01-2026 19:54 | Bölmə: Dünya

Fransa Prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək Avropanı çoxtərəfli əməkdaşlıq qurmağa çağırdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda, Fransa lideri bu prinsipə əməl edərkən qarşısı alınmalı olan iki ifrat məqama işarə etdi. Birincisi, Makronun sözlərinə görə, "ən güclülərin qanununu passiv şəkildə qəbul etməkdir", bu isə "vassallaşma"ya və "yeni müstəmləkə yanaşmasına" gətirib çıxaracaq. İkincisi isə avropalıları "marjinallaşmaya" və "zəifliyə" məhkum edəcək həddindən artıq zəif və səmərəsiz yanaşma tətbiq etməkdir.
"Le Figaro" qəzeti Fransa prezidentinin sözlərini sitat gətirib: "Pandora qutularını açmaq əvəzinə, Emmanuel Makron dünyanın aparıcı güclərinin konkret hərəkətə qadir olduğunu sübut etmək üçün "effektiv çoxtərəfli əməkdaşlıq" qurmağı təklif edir".
Makron əlavə edib ki, qlobal parçalanma "mənasızdır" və BRICS ilə G20 arasında "körpülər qurmağa" çağırıb.
Bundan əlavə, Fransa prezidenti çıxışı zamanı Avropaya birbaşa Çin investisiyalarının artırılmasının vacibliyini vurğuladı.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər