Bütün xəbərlər
Bessent: "Tramp Senatın təsdiqi olmadan Rusiya neftinə tariflər tətbiq edə bilər"
Tarix: 20-01-2026 19:46 | Bölmə: Dünya

ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, ABŞ Prezidenti Donald Tramp Senatın təsdiqi olmadan Rusiya neftinin alıcılarına 500% tarif tətbiq edə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun kənarında çıxış edən Bessentin sözlərinə görə, Trampın Rusiya neftinin alıcılarına tarif tətbiq edən ayrıca qanun layihəsini qəbul etməsinə ehtiyac yoxdur, baxmayaraq ki, Senat Amerika liderinə belə bir səlahiyyət verə bilər.
"Biz düşünürük ki, Trampın Senatdan bu səlahiyyətə ehtiyacı yoxdur. O, bunu IEEPA (Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu – Red.) çərçivəsində edə bilər", - deyə, ABŞ Maliyyə Naziri İnterfaks agentliyinə bildirib.
Bir müddət əvvəl ABŞ senatoru Lindsi Qraham (Rusiyada terrorçu və ekstremist kimi siyahıya alınıb) Trampın Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün qanun layihəsini təsdiqlədiyini bildirmişdi.Onun sözlərinə görə, Rusiya nefti alıcılara indikindən xeyli baha başa gələcək.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər