Bütün xəbərlər
Bolqarıstan Prezidenti Radev istefa verdiyini açıqladı
Tarix: 19-01-2026 21:58 | Bölmə: Dünya

Bolqarıstan Prezidenti Rumen Radev istefa vermək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu Bolqarıstan Milli Televiziyasında (BNT) xalqa müraciəti zamanı açıqlayıb.
"Əminəm ki, İliana Yotova layiqli dövlət başçısı olacaq və bu doqquz il ərzində ona verdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm", - deyə, Bolqarıstan Prezidenti bildirib.
Rumen Radev seçicilərdən üzr istəyib: "Zaman etimadınızı sınadı. Səbrinizə görə təşəkkür edirəm. Səhvlərimi etiraf edirəm."
Radev 2017-ci ilin yanvar ayında Bolqarıstan Prezidenti vəzifəsinə başlayıb. O, 2021-ci ilin noyabr ayında yenidən bir müddətə seçilib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər