22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Sijjarto: "Macarıstan Ukraynanın AB-yə daxil olmasına icazə verməyəcək"
Tarix: 18-01-2026 17:52 | Bölmə: Dünya

Macarıstanın xarici işlər naziri Peter Sijjarto Kossuth Radio-da bildirib ki, Macarıstan Ukraynanın Avropa Birliyinə üzvlüyünə "yox" deyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, Ukraynanın AB-yə qoşulması bütün birliyi hərbi münaqişəyə sürükləyəcək. Sijjarto həmçinin xatırladıb ki, bütün AB üzvləri yeni ölkənin AB-yə daxil olmasına səs verməlidirlər.
Sijjarto qeyd edib: "16 ildir Macarıstanı idarə edən biz həmişə Brüsselə "yox" deməyə cəsarət etmişik və Ukraynanın üzvlüyünə də "yox" deyəcəyik".
O, həmçinin xəbərdarlıq edib ki, Macarıstan müxalifəti qarşıdan gələn seçkilərdə qalib gələrsə, Ukraynanın AB-yə daxil olması da daxil olmaqla, "Brüsselin təklif etdiyi hər şeyi edəcək".
Daha əvvəl Sijjarto iki Avropa nüvə gücü - Böyük Britaniya və Fransanın Ukraynadakı münaqişəni davam etdirməyə və Rusiya ilə müharibəyə təhrik etməyə hazırlaşdıqları barədə xəbərdarlıq etmişdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər