22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Netanyahunun Ofisi: "Qəzza İcra Komitəsinin tərkibi İsrail ilə razılaşdırılmayıb"
Tarix: 17-01-2026 21:19 | Bölmə: Dünya

Baş nazir Binyamin Netanyahunun ofisinin məlumatına görə, Ağ Evin Qəzza İdarəetməsi üzrə Milli Komitənin (NCAG) tərkibini elan etməsi Təl-Əvivlə razılaşdırılmayıb və İsrail siyasətinə ziddir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Komitə Sülh Şurasına hesabat verir. İcra orqanına əvvəllər Fələstin hökumətində sənaye inkişafı üzrə nazir müavini vəzifəsində çalışmış Əli Şaat rəhbərlik edir.
Ofis mətbuat açıqlamasında bildirib ki, "Sülh Şurasına hesabat verən Qəzza İcra Komitəsinin tərkibinin elan edilməsi İsrail ilə razılaşdırılmayıb və onun siyasətinə ziddir".
O, İsrail xarici işlər nazirinə vəziyyəti müzakirə etmək üçün təcili olaraq ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxlamaq tapşırıldığını açıqlayıb.
Daha əvvəl Ağ Ev NCAG-ın tərkibini elan edib və Rubiodan əlavə, ABŞ liderinin xüsusi elçisi Stiven Vitkoff və iş adamı və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin də daxil olduğu İcra Şurası yaradıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər