Bütün xəbərlər
İran etirazlar zamanı baş verən itkilərə və ölkəyə dəyən ziyana görə Trampı günahlandırıb
Tarix: 17-01-2026 15:31 | Bölmə: Dünya

İran ABŞ prezidenti Donald Trampı insan tələfatına, ölkəyə dəyən maddi ziyana və böhtana görə məsuliyyət daşıyır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İrandakı etirazlar fonunda Ali Rəhbər Əli Xamenei bildirib.
O, ölkədəki etirazların Amerika sui-qəsdinin bir hissəsi olduğunu iddia edib.
RİA Novosti onun sözlərini sitat gətirib: "Biz hesab edirik ki, ABŞ prezidenti İran xalqına edilən itkilərə, dağıntılara və böhtana görə məsuliyyət daşıyır".
Xamenei qeyd edib ki, ABŞ özünə İranı udmaq məqsədi qoyub.
Daha əvvəl "Fox News" xəbər vermişdi ki, ABŞ İranla gərginliyin artması fonunda Yaxın Şərqə ən azı bir aviadaşıyıcı zərbə qrupu yerləşdirməyə başlayıb.
Bu ərəfədə ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff Vaşinqtonun razılaşmaya daxil etmək istədiyi ABŞ-ın İrana qarşı tələblərini, o cümlədən Tehranın uran zənginləşdirilməsinə son qoyulmasını və raket ehtiyatlarının azaldılmasını səsləndirib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər