Bütün xəbərlər
Almaniya Ukraynaya enerji dəstəyi üçün 60 milyon avro ayırıb
Tarix: 16-01-2026 22:00 | Bölmə: Dünya

Almaniya qış dövründə enerji sektorunu dəstəkləmək üçün Kiyevə 60 milyon avro göndərib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiha bu barədə X sosial media səhifəsində bildirib.
Mesajda o, alman həmkarı Yohann Vadefula təşəkkür edib.
Sibiha yazıb: "Qış və Ukraynaya enerji dəstəyi üçün əlavə 60 milyon avroluq (yardım) paketini yüksək qiymətləndirirəm".
Bir müddət əvvəl Kiyev enerji sektorunda fövqəladə vəziyyət elan etmişdi. Kiyev lideri Vladimir Zelenski Ukraynanın elektrik enerjisinə olan ehtiyacının üçdə birindən çoxunu ödəyə bilmədiyini etiraf etmişdi.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər