Bütün xəbərlər
Nobel Komitəsi Trampa Sülh Mükafatı laureatı titulunu verməkdən imtina etdi
Tarix: 16-01-2026 13:23 | Bölmə: Dünya

Medal başqasına verilsə belə, Sülh Mükafatı laureatı titulunu başqa şəxsə vermək olmaz.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Nobel Sülh Mərkəzinin X sosial media platformasındakı səhifəsində məlumat verilib.
Norveç Nobel Komitəsi qaydalara əsasən, laureatla bağlı qərarın qəti olduğunu və yenidən baxıla bilməyəcəyini vurğulayıb.
"Medal əldən-ələ keçə bilər, amma Nobel Sülh Mükafatı laureatı tituluna dəyişiklik edilə bilməz", - deyə, nəşr bildirib.
Komitə Venesuela müxalifət lideri Mariya Korina Maçadonun Ağ Evdə keçirilən görüşdə Nobel medalını ABŞ prezidenti Donald Trampa təhvil verməsi ilə bağlı məlumatlara cavab verib. 2025-ci ilin oktyabrında Nobel Komitəsi Maçadonu Venesuelada demokratik hüquqların təşviqi sahəsindəki işlərinə görə Sülh Mükafatı ilə təltif edib.
Mariya Maçado narkoterrorizmdə ittiham olunan Venesuela prezidenti və həyat yoldaşının tutulması üçün ABŞ hərbi əməliyyatını dəstəkləyərək, Amerika liderinin mükafata layiq olduğunu bildirib. Tramp mükafatı qəbul edərək, bunu "qarşılıqlı hörmətin gözəl jesti" adlandırıb.



Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər