Bütün xəbərlər
NYT: İsrail və ərəb ölkələri Trampdan İrana hücumu təxirə salmağı xahiş etdi
Tarix: 15-01-2026 22:49 | Bölmə: Dünya

"The New York Times" mənbələrə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və ərəb ölkələrinin nümayəndələri ABŞ prezidenti Donald Trampdan İrana hücumu təxirə salmağı xahiş ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "The New York Times" qəzeti Tramp və Netanyahu arasında söhbətin 14 yanvarda baş tutduğunu dəqiqləşdirib. Ərəb dövlətlərinin nümayəndələri ilə telefon danışıqları 14-15 yanvar tarixlərində baş tutub.
"İsrail Baş naziri Benyamin Netanyahu prezident Trampdan İrana qarşı Amerika hərbi hücumu planlarını təxirə salmağı xahiş edib.Vaşinqtonun bütün tərəfdaşları olan Qətər, Səudiyyə Ərəbistanı, Oman və Misir də Tramp administrasiyasını İrana hücum etməməyə çağırıb", - deyə, məlumatda bildirilir.
"Axios" daha əvvəl Netanyahunun ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdüyünü bildirib. Onların söhbətinin əsas mövzusu İrandakı vəziyyət olub.
İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyuta olan İran rialının devalvasiyası səbəbindən başlayıb.8 yanvardan bəri etirazlar İranın bir neçə şəhərində polislə toqquşmalara çevrilib.Təhlükəsizlik qüvvələri və etirazçılar arasında itkilər olub.İran hakimiyyəti ABŞ və İsraili iğtişaşları təşkil etməkdə günahlandırıb.
ABŞ prezidenti Donald Tramp İrandakı etirazçıları hökumət binalarını ələ keçirməyə çağırıb və iğtişaşlara kömək edəcəyinə söz verib, sosial media platforması TruthSocial-da "kömək yoldadır" qeyd edib.O, həmçinin ABŞ vətəndaşlarına və Vaşinqtonun müttəfiqlərinə İranı dərhal tərk etməyi tövsiyə edib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər