Bütün xəbərlər
Yelisey Sarayı: Makronun gözündəki damar partlayıb
Tarix: 15-01-2026 20:11 | Bölmə: Dünya

Yelisey Sarayı Fransa prezidenti Emmanuel Makronun ictimaiyyət qarşısına çıxmasını qırmızı gözlə izah edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "Le Parisien" qəzeti Yelisey Sarayına aydınlıq gətirilməsi üçün sorğu göndərib. Onlar ictimaiyyəti sakitləşdirməyə çalışıblar və problemin prezident üçün heç bir təhlükə yaratmadığını qeyd ediblər.
"Bu, sadəcə gözdəki kiçik bir qan damarının partlamasıdır. Ciddi bir şey deyil", - deyə, Yelisey Sarayı aydınlaşdırıb.
Cümə axşamı günü Makron Fransa Silahlı Qüvvələri qarşısında çıxışının əvvəlində "gözəgörünməz görünüş" üçün üzr istəyərək diqqəti öz gözünə çəkib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər