Bütün xəbərlər
Politico: "Avropa Vensin onlardan nifrət etdiyini düşünür"
Tarix: 15-01-2026 11:40 | Bölmə: Dünya

Avropa ABŞ-ın vitse-prezidenti J.D. Vensin avrozona ölkələrindən nifrət etdiyinə əmindir. Bu barədə Politico bir avropalı diplomata istinadən məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mənbə Vensi mərhəmətsiz adam adlandırıb.
"Vens bizdən nifrət edir. O, sərt adamdır", "Politico" diplomatın sözlərini sitat gətirib.
Vens daha əvvəl Avropaya ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyini ciddiyə almağı məsləhət görüb. O, adanın qlobal raketdən müdafiə sistemi üçün kritik əhəmiyyətini vurğulayıb.
Bundan əlavə, ABŞ vitse-prezidenti Danimarkanı Qrenlandiyanı qorumamaqda günahlandırıb. O, Avropanın adanın beynəlxalq təhlükəsizliyin sütunu kimi xidmət etməyə davam etməsini təmin etmək üçün heç bir addım atmadığını bildirib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər