Bütün xəbərlər
ABŞ İrandakı potensial hədəflər barədə Avropa müttəfiqlərindən kəşfiyyat məlumatları istəyib
Tarix: 14-01-2026 09:24 | Bölmə: Dünya

Tramp administrasiyası Avropa müttəfiqlərindən İrandakı potensial hədəflər barədə kəşfiyyat məlumatlarını paylaşmalarını istəyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti iki Avropa rəsmisinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, sorğu bazar ertəsi göndərilib.
Rəsmilərdən biri qəzetə bildirib ki, "Prezident Trampın nüvə obyektlərinə zərbə endirəcəyinə dair heç bir əlamət yoxdur. O, çox güman ki, etirazçıların qətlinə görə məsul olan təşkilatların və qüvvələrin rəhbərliyini hədəf alacaq".
Bundan əlavə, ABŞ hakimiyyəti İran hökumətinə kiberhücumlar etməyi düşünür.
Bir müddət əvvəl Amerika lideri ABŞ-ın İrandakı hərəkətlərinin əsas məqsədinin qələbə olduğunu bildirmişdi. O qeyd edib ki, İranda etirazçılara qarşı zorakılıq hərəkətləri tətbiq olunarsa, Vaşinqton tədbir görəcək.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib və orada bildirib ki, İrandakı etirazlar nəticəsində günahsız mülki şəxslərin ölümünə görə ABŞ və İsrail hakimiyyəti məsuliyyət daşıyır.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər