Bütün xəbərlər
Rutte: "NATO ABŞ-ın Qrenlandiya ilə bağlı açıqlamalarına görə böhran içində deyil"
Tarix: 12-01-2026 19:11 | Bölmə: Dünya

NATO-nun baş katibi Mark Rutte, ABŞ-ın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra təşkilatın daxili böhran yaşadığına inanmır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Sualın bir hissəsi ilə razılaşmayım. Kimsə alyans üçün faydalı işlər görəndə, mən bunu qeyd edirəm. Donald Tramp bizi daha çox xərcləməyə təşviq edir.Biz ABŞ, Kanada, İslandiya, Danimarka və digərləri ilə birlikdə Arktika üzərində işləyirik", - deyə, o, təşkilat daxilində mümkün daxili böhranla bağlı suala cavab olaraq bildirib.
Rutte qeyd edib ki, Haaqada müdafiə xərclərinin 5%-i ilə bağlı sammit Tramp olmadan baş tutmazdı, 2%-lik hədəfə də onun təzyiqi sayəsində nail olunub. NATO baş katibinin sözlərinə görə, təşkilat düzgün istiqamətdə irəliləyir.
6 yanvarda Politico xəbər verib ki, Vaşinqton ABŞ-ın müstəqilliyinin 250 illiyi ərəfəsində, 4 iyuldan əvvəl Qrenlandiya üzərində nəzarəti ələ keçirməyə cəhd edə bilər. Reuters agentliyi Trampın Qrenlandiyanı ilhaq etmək üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu bildirib. Məqaləyə görə, o, ABŞ-ın prezidentlik müddətinin sonuna qədər Qrenlandiyanı nəzarətə götürəcəyinə ümid edir.
Bu arada, "The Washington Post" qəzeti ABŞ-ın Qrenlandiyadakı potensial əməliyyatının NATO-nun dağılmasına səbəb olacağını qeyd edib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər