Bütün xəbərlər
Prezident Dias-Kanel: "Kuba özünü son damla qanına qədər müdafiə etməyə hazırdır"
Tarix: 11-01-2026 20:05 | Bölmə: Dünya

Kuba prezidenti Migel Dias-Kanel bildirib ki, Kuba 66 ildir ABŞ-ın hücumuna məruz qalır və özünü son damla qanına qədər müdafiə etməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu açıqlamanı ABŞ prezidenti Donald Trampın sözlərinə cavab olaraq verib.
"Kuba hücum etmir; 66 ildir ABŞ-ın hücumuna məruz qalır.Heç bir təhlükə yaratmır. Vətənini son damla qanına qədər müdafiə etməyə hazırlaşır", - deyə o, X sosial media platformasında yazıb.
Daha əvvəl Tramp Kubanın artıq Venesueladan neft və ya pul almayacağını açıqlamışdı.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər