Bütün xəbərlər
Orban Macarıstan parlament seçkilərində baş nazirliyə namizəd seçildi
Tarix: 10-01-2026 20:22 | Bölmə: Dünya

Macarıstanın hakim partiyası olan Fidesz – Macarıstan Vətəndaş Birliyi, qarşıdan gələn parlament seçkilərində Baş nazir Viktor Orbanı hökumət başçısı vəzifəsinə namizəd seçdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qərar Budapeştdə keçirilən 31-ci Fidesz Konqresində qəbul edildi.
Nümayəndələr Orbana yekdilliklə və rəqibsiz səs verdilər. Baş nazir onlara etimad göstərdikləri üçün təşəkkür etdi.
"20 il baş nazir olduqdan sonra bu vəzifəyə hazıram", - deyə, o bildirib.
Lakin Orbanın partiya lideri olaraq qalıb-qalmayacağı məsələsi hələ həll olunmayıb. Bu məsələ parlament seçkilərindən sonra yenidən müzakirə olunacaq.
Səsvermə 2026-cı ilin aprelində keçiriləcək. Onun nəticələri yeni hökumətin tərkibini müəyyən edəcək. Fidesz koalisiyasının və onun Xristian Demokrat tərəfdaşlarının əsas rəqibi keçmiş hökumət rəsmisi Peter Magyarın rəhbərlik etdiyi müxalifət Tisza partiyasıdır.



Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər