Bütün xəbərlər
RİA Novosti: Rusiyalı basketbolçu Kasatkin Fransa həbsxanasından azad edilib
Tarix: 08-01-2026 17:18 | Bölmə: Dünya

2025-ci ilin iyun ayında Fransada saxlanılan rusiyalı basketbolçu Daniil Kasatkin həbsdən azad edilib və Moskvaya qaytarılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Frederik Belot bildirib.
Qeyd olunur ki, bu, vəkillərinin əzmkar işi sayəsində mümkün olub.
"Daniil Kasatkin dünən gecə həbsxanadan azad edilib və sərbəst buraxılıb. O, təyyarəyə mindirilib və artıq Moskvaya enib", - idmançının vəkili RİA Novosti-yə bildirib.
Belot bildirib ki, Fransa məhkəməsi Kasatkinin ABŞ-a ekstradisiyası qərarını təsdiqləyib, lakin Baş nazir onu imzalamayıb.
Kasatkin 21 iyun 2025-ci ildə Fransa hakimiyyəti tərəfindən ABŞ-ın tələbi ilə Paris hava limanında saxlanılıb.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər