22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
NYP: Vensin evinə basqın zamanı həbs olunan şəxs özünü Culiya adlandırıb
Tarix: 06-01-2026 19:51 | Bölmə: Dünya

"New York Post" qəzetinin məlumatına görə, ABŞ vitse-prezidenti J.D. Vensin Ohayodakı evinə basqın zamanı saxlanılan şəxs William DeFoor son vaxtlar özünü Culiya adlandırır.
Məqalədə deyilir: "Dəli, çəkiclə işləyən vandalın tanınmış milyonçu ailəsinin oğlu olduğuna inanılır".
"New York Post" qəzetinin məlumatına görə, saxlanılan şəxsin atası Harvard Universitetində təhsil almış və uşaq uroloqu kimi uğurlu karyera quraraq milyonçu olub.Onun həmçinin uzun müddətdir Demokrat Partiyasının tərəfdarı olduğu da qeyd olunur.
Əvvəlki gün ABŞ vitse-prezidenti J.D.Vensin doğma Ohayo ştatındakı evinə hücum edildiyi bildirilib. Pəncərələr sındırılıb.



Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər