Bütün xəbərlər
Kolumbiya Prezidenti vətəninin müdafiəsi üçün silah götürməyə hazır olduğunu bildirdi
Tarix: 05-01-2026 14:42 | Bölmə: Dünya

Kolumbiya Prezidenti Qustavo Petro, Venesuela lideri Nikolas Maduro kimi ABŞ-ın onu ələ keçirməyə cəhd etməsi halında vətəninin müdafiəsi üçün silah götürməyə hazır olduğunu bildirdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, X sosial media platformasında Kolumbiya Prezidenti heç vaxt orduda xidmət etməsə də, müharibənin və yeraltı mübarizənin nə olduğunu bildiyini yazdı.
"1989-cu il sülh müqaviləsindən sonra bir daha silah götürməyəcəyimə and içdim, amma vətənim naminə yenidən silah götürəcəyəm ki, bu da xoşuma gəlmir", - deyə, Petro X sosial media platformasında yazıb.
O, həmçinin Kolumbiya xalqının onun müdafiəsinə qalxmağa hazır olduğuna əminliyini ifadə etdi.
"Xalqımın əhəmiyyətli bir hissəsinin sevdiyi və hörmət etdiyi prezidenti həbs etsələr, xalqın yaquarını buraxacaqlar", - deyə, Kolumbiya lideri bildirib.
Yanvarın 3-də ABŞ qoşunları Venesuelada əməliyyat keçirib və nəticədə prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edilib. O, ABŞ-a köçürülüb və orada ona qarşı bir neçə ömürlük həbs cəzası nəzərdə tutulan narkotiklə bağlı ittihamlar irəli sürülüb.
Maduronun tutulmasından sonra ABŞ prezidenti Donald Tramp Vaşinqtonun müvəqqəti olaraq Venesuelaya rəhbərlik edəcəyini açıqlayıb. Yeri gəlmişkən, o, narkotik qaçaqmalçılığına qarşı mübarizə bəhanəsi ilə Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü də istisna etməyib.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər