Bütün xəbərlər
Rubio: "ABŞ-ın Venesuela neftinə ehtiyacı yoxdur"
Tarix: 04-01-2026 20:44 | Bölmə: Dünya

ABŞ-ın Venesuela neftinə ehtiyacı yoxdur; onun öz nefti kifayət qədərdir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bunu "NBC News"ə verdiyi müsahibədə bildirib.
O izah edib ki, Vaşinqtonun əsas məqsədi ABŞ düşmənlərinin Venesuelanın neft infrastrukturundan istifadə etməsinin qarşısını almaqdır.
"Bizə Venesuela nefti lazım deyil; ABŞ-da kifayət qədər neftimiz var. Lakin biz Venesuelanın neft sənayesinin ABŞ düşmənləri tərəfindən idarə olunmasına icazə verməyəcəyik. Anlamalısınız: Çinin Venesuela neftinə niyə ehtiyacı var? Rusiyanın buna niyə ehtiyacı var? İranın buna niyə ehtiyacı var?! Onlar hətta bu qitədə belə deyillər", - Rubio qeyd edib.
Diplomat həmçinin əlavə edib ki, ABŞ Venesuelaya təzyiq göstərməyə davam edəcək: narkotik kartel gəmilərini hədəfə alacaq və sanksiyalı gəmiləri saxlayacaq.
3 yanvar gecəsi ABŞ Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün əməliyyat keçirib və nəticədə Amerika xüsusi təyinatlıları siyasətçini qaçıraraq ABŞ-a aparıblar.
Daha sonra ABŞ prezidenti Donald Tramp ABŞ-ın Venesuelanın neft infrastrukturunu bərpa etmək üçün çalışacağını açıqladı.O, onun çürümüş olduğunu və partlayış təhlükəsi yaratdığını iddia etdi.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər