Bütün xəbərlər
Pentaqon: "Maduronu ələ keçirmək üçün əməliyyatda 150-dən çox təyyarə iştirak edib"
Tarix: 03-01-2026 22:29 | Bölmə: Dünya

Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün ABŞ hərbi əməliyyatında 150-dən çox təyyarə iştirak edib. Bu barədə mətbuat konfransı zamanı Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mətbuata danışan amerikalı general əməliyyatın sıx hərbi koordinasiya tələb etdiyini qeyd edib.
"Qərb yarımkürəsində 150-dən çox təyyarə buraxılıb", - deyə, o bildirib.
Keynin sözlərinə görə, ABŞ hərbi qüvvələrinə "F-22", "F-35" və "F-18" qırıcı təyyarələri, "B-1" və "B-2" strateji bombardmançı təyyarələri, dəstək təyyarələri və çox sayda dron daxil olub.
Şənbə günü Tramp Venesuelaya kütləvi hava hücumu, eləcə də prezident Nikolas Maduro və həyat yoldaşının ələ keçirilməsi və ölkədən çıxarılması barədə elan edib. Venesuela hakimiyyəti Maduronun harada olduğu barədə hər hansı məlumatı təkzib edib və onun sağ olduğunu təsdiqləməyi tələb edib.
Bu arada ABŞ-ın baş prokuroru Pamela Bondi Maduronun qarşıdan gələn məhkəməsini elan edib. Venesuela lideri narko-terrorizm törətmək üçün sui-qəsddə, kokain idxal etmək üçün sui-qəsddə, silah və partlayıcı qurğular saxlamaqda ittiham olunur.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın hərəkətlərini silahlı təcavüz aktı kimi pisləyib və qanuni seçilmiş prezidentin azadlığa buraxılmasına çağırıb.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər