Bütün xəbərlər
Venesuela Xarici İşlər Nazirliyi: ABŞ qanuni prezident Maduronu dərhal geri qaytarmalıdır
Tarix: 03-01-2026 17:54 | Bölmə: Dünya

Karakas ABŞ-dan Venesuela prezidenti Nikolas Maduronu dərhal geri qaytarmağı tələb edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri İvan Gil Pinto bildirib.
"TeleSUR" televiziya kanalında xarici işlər naziri Vaşinqtona müraciət edib.
Nazir vurğulayıb ki, "Seçilmiş lider, ölkənin konstitusiya prezidenti dərhal vəzifəsinə qaytarılmalı olan prezident Nikolas Madurodur. ABŞ onun ölkəyə qayıtmasını dərhal təmin etməlidir".
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ qüvvələri Venesuela prezidenti Maduronu və həyat yoldaşını Karakasda keçirilən əməliyyat zamanı əsir götürüblər.
Jurnalist Yasinski "Rossiya 24" televiziya kanalında çıxış edərək qeyd edib ki, ABŞ-ın Karakasdakı əməliyyatı bütün Latın Amerikasına və Qlobal Cənub ölkələrinə qarşı yönəlib.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər