Bütün xəbərlər
"Israel Hayom": ABŞ və İsrail HƏMAS-ın tərksilah edilməsi üçün iki aylıq müddət təyin ediblər
Tarix: 31-12-2025 17:53 | Bölmə: Dünya

Fələstin HƏMAS hərəkatı iki ay ərzində silahlarını yerə qoymalı və yeraltı tunellər şəbəkəsini sökməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu şərtlər İsrail və ABŞ tərəfindən qoyulub, Israel Hayom mənbələrə istinadən xəbər verir.
Bildirilir ki, tərksilah müddəti ilə bağlı razılaşma İsrail Baş naziri Binyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Floridaya səfəri zamanı əldə edilib.
Qəzet yazır: "İsrail rəsmiləri HƏMAS-ın hazırda sahib olduğu silahların və hərbi imkanların əksəriyyətini saxlamağa çalışacağından narahatdırlar. Həm İsrail, həm də ABŞ belə bir ssenarinin qəbuledilməz olduğu ilə razılaşır".
Bundan əvvəl Netanyahu HƏMAS-ın tərksilah edilməsindən sonra Qəzza zolağında yeni bir hökumətin yaradıla biləcəyini irəli sürmüşdü.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər