Bütün xəbərlər
Putin Hindistanda rəqs və qırmızı xalça ilə qarşılandı
Tarix: 04-12-2025 18:59 | Bölmə: Dünya

RİA Novosti müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Yeni Dehli hava limanında ənənəvi rəqs, musiqi və qırmızı xalça ilə qarşılandı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Prezident təyyarəsi Palam Hərbi Hava Qüvvələri Bazasına eniş etdi. Təyyarənin qarşısına xalça sərildi və fəxri qarovul düzüldü.
Hindistanlı rəqqaslar ənənəvi qarşılama rəqsini ifa etdilər.
Putin Yeni Dehliyə dövlət səfəri ilə gəldi. Onu hava limanında Hindistanın Baş naziri Narendra Modi qarşıladı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Modinin qərarı gözlənilməz olub.
Rusiya lideri bir neçə gün Hindistanda qalacaq. Səfər zamanı Modi ilə qapalı danışıqlar və Putin, Hindistan Prezidenti Draupadi Murmu və baş nazir arasında rəsmi görüş mərasimi planlaşdırılır. Bundan əlavə, dövlət başçısı Mahatma Qandinin abidəsini ziyarət edəcək.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
2-12-2025, 19:28 Moqerini saxlanıldı