Bütün xəbərlər
CNN: Floridada ABŞ-Kiyev danışıqları yekun qərarlara çata bilmədi
Tarix: 01-12-2025 10:09 | Bölmə: Dünya

Floridada Amerika və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar Ukraynadakı münaqişənin həlli ilə bağlı bütün məsələlər üzrə yekun qərarlara çata bilmədi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, CNN bu barədə mənbəyə istinadən məlumat verib.
Kanalın mənbəyinə görə, ABŞ və Ukrayna arasında son görüş "Cenevrə danışıqlarında əldə edilən irəliləyiş"ə əsaslanır.
O əlavə edib ki, "burada hər şeyi yekunlaşdırdığımızı demək tez olardı, çünki hələ çox iş görülməlidir".
Nəşrin məlumatına görə, danışıqlar zamanı tərəflər Ukrayna münaqişəsinin həlli planının ən problemli məqamlarını ətraflı müzakirə ediblər.
Floridada Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüş 30 noyabrda baş tutub. ABŞ dövlət katibi Marko Rubio danışıqları məhsuldar adlandırıb. Lakin o, Ukrayna münaqişəsinin həllinin "daha çox" iş tələb etdiyini vurğulayıb.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər