Bütün xəbərlər
General Horta N'Tam hərbi çevrilişdən sonra Qvineya-Bisaunun prezidenti təyin edildi
Tarix: 27-11-2025 19:43 | Bölmə: Dünya

RFI radiosunun məlumatına görə, general Horta N'Tam çevrilişdən bir gün sonra Qvineya-Bisaunun müvəqqəti prezidenti oldu.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, ölkədə komendant saatı artıq ləğv edilib.Hərbi hakimiyyət orqanları bildirib ki, onların əsas prioriteti ictimai asayişi bərpa etməkdir.
Radio bildirib ki, "Ali Hərbi Komandanlıq 27 noyabr cümə axşamı günü general Horta N'Tamın Qvineya-Bisaunun "keçid dövrü üçün prezident" vəzifəsinə təyin olunmasını təsdiqləyib".
Afrika ölkəsində vəziyyət müxalifət lideri Fernando Diasın prezident Umaru Sisok Embalonun əsas rəqibi kimi ortaya çıxdığı prezident seçkiləri fonunda gərginləşib. 26 noyabrda Ali Hərbi Komandanlığın bir qrup zabiti ölkəyə tam nəzarəti ələ keçirdiyini elan edib.Hazırkı prezident həbs edilib.
Qvineya-Bisau Afrikanın ən qeyri-sabit ölkələrindən biri olaraq qalır. 2022-ci ilin fevral ayında Oumarou Sisoku Embalo çevrilişdən uğurla yayındı. Hazırkı hərbi çevriliş, 1974-cü ildə müstəqillik qazandıqdan bəri ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnən beşinci çevrilişdir.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər
19-11-2025, 13:12 Ronaldo Ağ Evdə - Video