Bütün xəbərlər
Makron Fransada Könüllü Hərbi Xidməti elan etdi
Tarix: 27-11-2025 16:28 | Bölmə: Dünya

Fransa Prezidenti Emmanuel Makron ölkədə könüllü hərbi xidmətin tətbiq olunduğunu elan etdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə BFM TV məlumat verib.
Qeyd olunur ki, tədbir gələn yay qüvvəyə minəcək.
"Yeni könüllü hərbi milli xidmət gələn yay tətbiq olunacaq.(Milli xidmətin əsasını - redaktorun qeydi) 18-19 yaş arası gənclər təşkil edəcək", - deyə, o bildirib.
Fransa mediası əvvəllər 18 yaş və yuxarı gənc vətəndaşların könüllü hərbi xidmətə yararlı olacağını bildirmişdi. Xidmət 10 ay davam edəcək və kompensasiya ayda 900-1000 avro olacaq. Makron xüsusilə aydınlaşdırıb ki, milli hərbi xidmətin islahatı gənclərin Ukraynada döyüşməyə göndərilməsini nəzərdə tutmur.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
19-11-2025, 13:12 Ronaldo Ağ Evdə - Video