14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Ronaldu Almaniya qəzetinə məhkəmədə uduzub
Tarix: 05-04-2019 02:13 | Bölmə: Dünya

                                  


İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Almaniyanın "Der Spiegel" nəşrinə məhkəmədə uduzub.
"Report"un məlumatına görə, məhkəmə iddiası jurnalın portuqaliyalı hücumçunun vergi ödəməkdən yayınma üsullarına dair bir sıra məqalələri ilə əlaqədar qaldırılıb. Ronaldu qəzeti  şəxsi həyatına müdaxilədə ittiham edərək məhkəməyə verib.
2017-ci ilin fevral ayında Hamburq vilayət məhkəməsi "Der Spiegel"ə 34 yaşlı forvardın fırıldaqları barədə məqalələri öz saytından müvəqqəti çıxarmasına dair hökm verib. Lakin İspaniya məhkəməsi futbolçunu ölkənin vergi qanunvericiliyini pozmaqda günahkar bildikdən sonra onun vəkilləri Almaniya nəşrinə qarşı iddianı geri götürmək məcburiyyətində qalıblar. Onlar işi uduzacaqlarını anlayaraq, bu addımı atıblar.
Qeyd edək ki, yanvarın 22-də Madrid məhkəməsi Kriştianu Ronaldunu vergi ödəmədiyi üçün 18,8 milyon avro məbləğində cərimələyib.



Baxış sayı: 538


Bölməyə aid digər xəbərlər