19:16 / 25-11-2025
Prezident Fərman imzaladı
Bütün xəbərlər
"Jeune Afrique": Qvineya-Bisau Prezidenti Humaro Sissoko Embalo həbs edildi
Tarix: 26-11-2025 19:26 | Bölmə: Dünya

Qvineya-Bisaunun hazırkı Prezidenti Humaro Sissoko Embalo, çevrilişdən sonra 26 noyabrda prezident sarayındakı ofisində həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu "Jeune Afrique"ə bildirib.
O, çevriliş zamanı ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini bildirib.
Qəzet xəbər verir ki, "Humaro Sissoko Embalo Jeune Afrique-ə bildirib ki, o, 26 noyabr çərşənbə günü, günorta saatlarında prezident sarayındakı ofisində həbs edilib".
"Jeune Afrique"nin məlumatına görə, çevriliş zamanı prezidentlə yanaşı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Biage Na Ntana, onun müavini general Mamadu Ture və daxili işlər naziri Botçe Kande də saxlanılıb. Embalonun sözlərinə görə, çevrilişə Ordu Baş Qərargah rəisi rəhbərlik edir.
"France-Presse" agentliyi əvvəllər prezident sarayının yaxınlığında atışma səsləri barədə məlumat vermişdi.
Qvineya-Bisauda ümumi seçkilər 23 noyabrda keçirilib. Hazırkı prezident və digər namizəd Fernando Dias özlərini qalib elan ediblər. Səsvermənin nəticələrinin rəsmi elanı 27 noyabr cümə axşamı günü planlaşdırılıb.



Baxış sayı: 11


Bölməyə aid digər xəbərlər
19-11-2025, 13:12 Ronaldo Ağ Evdə - Video