12:47 / 24-11-2025
Yanğında iki qadın ölüb
Bütün xəbərlər
RBC-Ukraine: Kiyev və Vaşinqton sülh planının əksər müddəaları üzrə razılığa gəliblər
Tarix: 24-11-2025 12:33 | Bölmə: Dünya

Cenevrədə keçirilən danışıqlar zamanı Ukrayna və Amerika nümayəndə heyətləri Ukraynadakı münaqişənin həlli üçün ABŞ planının əksər müddəaları üzrə razılığa gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RBC-Ukraine məlumat verib.
Mübahisəli məsələlərin əksəriyyətinin uğurla həll edildiyi bildirilir.
Nəşr qeyd edir ki, "Cenevrədə nümayəndə heyətləri ABŞ planının əksər müddəaları üzrə razılığa gələ biliblər".
Razılaşmanın bir neçə bəndi ABŞ prezidenti Donald Tramp və Kiyev rejiminin rəhbəri Vladimir Zelenski arasında müzakirə olunacaq və razılaşdırılacaq.
Bir gün əvvəl ABŞ dövlət katibi Marko Rubio Cenevrədə keçirilən danışıqların Ukraynadakı münaqişənin həlli üçün bütün səylərdə ən uğurlu olduğunu bildirib.



Baxış sayı: 17


Bölməyə aid digər xəbərlər
19-11-2025, 13:12 Ronaldo Ağ Evdə - Video