Bütün xəbərlər
Tramp: "ABŞ Ukrayna üçün NATO-ya külli miqdarda silah satmağa davam edir"
Tarix: 23-11-2025 18:52 | Bölmə: Dünya

ABŞ Şimali Atlantika Alyansına Ukraynaya daha çox ötürülməsi üçün külli miqdarda silah tədarük etməyə davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
ABŞ Prezidenti bu açıqlamanı sosial media hesabı Truth Social-da verib.
O yazıb: "ABŞ Ukraynaya ötürülməsi üçün NATO-ya külli miqdarda silah satmağa davam edir".
Ağ Ev rəhbəri daha əvvəl ABŞ-ın artıq Ukraynanı maliyyələşdirmədiyini, Kiyevə silah tədarükü üçün NATO-dan pul aldığını bildirmişdi. Trampın sözlərinə görə, Ukrayna münaqişəsi ABŞ-a 350 milyard dollar ziyan vurub.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
19-11-2025, 13:12 Ronaldo Ağ Evdə - Video