Bütün xəbərlər
Tramp: "Ordunu sabotaj edən konqresmenlər həbsxanaya getməlidir"
Tarix: 23-11-2025 11:26 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp orduya Amerika liderinin əmrlərinə tabe olmamağa çağıran Demokrat konqresmenləri xain adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, demokratların bu cür hərəkətləri yalnız fitnəyə təhrik hesab edilə bilər.
Tramp özünün "Truth sosial" şəbəkəsində yazıb: "Orduya əmrlərimə tabe olmamağa çağıran xainlər hazırda həbsdə olmalıdırlar".
Bir müddət əvvəl konqresmen Marjorie Taylor Greene ABŞ prezidenti Donald Trampı ikiüzlülükdə ittiham etmişdi. O, Ağ Ev rəhbərinin əsl tərəfdarlarından daha çox ona xəyanət etməyə hazır olanlara daha sadiq olduğunu bildirib.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər