Bütün xəbərlər
Tramp: "Səkkiz müharibəni dayandırdım və etməli olduğum tək şey Ukraynada nizamlanmaya nail olmaqdır"
Tarix: 15-11-2025 11:48 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp artıq səkkiz münaqişəni dayandırdığını və indi əldə etməli olduğu tək şeyin Ukraynada nizamlanma olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri bu açıqlamanı Britaniyanın GB News televiziya kanalına verdiyi müsahibədə verib.
"Amma mən bunu səkkiz dəfə etmişəm. Hələ etmədiyim tək şey Rusiya və Ukraynadır", - deyə, Tramp bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, ölkələr arasında münaqişə "heç vaxt başlamamalı idi".
ABŞ prezidenti həmçinin bildirib ki, Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərə ümid edir.
Daha əvvəl GB News-a verdiyi müsahibədə Tramp ABŞ-ın Ukrayna böhranını həll etmək üçün təzyiq göstərdiyini vurğulayıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər