09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
Xristian ata və oğulu öldürən polisə ağır cəza
Tarix: 03-04-2019 00:13 | Bölmə: Dünya

Misirdə xristian ata və oğulu öldürən polisi edam cəzasına məhkum ediblər.
Teleqraf.com xəbər verir ki, Şimali Afrikada məskunlaşan Koptlar icmasından olan ailənin üzvlərini qətlə yetirən polis nəfəri Rabi Xəlifə Misir məhkəməsinin hökmü ilə edam cəzasına məhkum edilib. Xristian dininə etiqad edən 49 yaşlı Kamal Sadeq və onun oğlu Davidi ötən ilin dekabrında işlədikləri inşaat meydanında qətlə yetirən “qanun keşikçisi” törətdiyi ağır cinayətin səbəbini izah edə bilməyib.
Misirdə Koptlar adlanan xristian azlığa qarşı bir sıra cinayətlər törədilib. Yerli hüquq-mühafizə orqanları bu qətllərin qarşısını qətiyyətlə alırlar.



Baxış sayı: 576


Bölməyə aid digər xəbərlər