Bütün xəbərlər
Pikassonun oğurlanan 25 milyonluq tablosu tapıldı -Fotolar
Tarix: 28-03-2019 00:30 | Bölmə: Dünya
Pikassonun oğurlanan 25 milyonluq tablosu tapıldı - Fotolar


İspan rəssam Pablo Pikasssonun 20 il öncə oğurlanan 25 milyon avro dəyəörindəki “Qadının büstü” tablosu tapılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tablonu tapan isə “İndiana Cons” ləqəbli dedektiv Artur Bren olub.
2015-ci ildən bəri tablonun axtarışına çıxan Artur onu 4 milyon dollar sığorta pulunu ödəməsi şərti ilə eks-sahibi səudiyyəli biznesmen Abdul Mohsen Abdulmalik əl-Şeyxə qaytaracaq.
Qeyd edək ki, Pikasso tablonu sevgilisi Dora Maarın portreti olaraq 1939-cu ildə ərsəyə gətirib. Səudiyyəli biznesmen bu əsəri 80-ci illərdə alıb. Rəsm əsəri Abdulun Fransa sahillərində gəzən yaxtasından 1999-cu ildə oğurlanıb.
 
 


Baxış sayı: 581


Bölməyə aid digər xəbərlər