Bütün xəbərlər
Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyıb
Tarix: 25-03-2019 22:51 | Bölmə: Dünya

       

ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sənədin imzalanma mərasimi Ağ Evdə D.Trampın İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqları çərçivəsində baş tutub.
Sənədin imzalanması və D.Trampla B.Netanyahunun jurnalistlər qarşısında çıxışını ABŞ telekanalları canlı yayımlayıblar.


Baxış sayı: 493


Bölməyə aid digər xəbərlər