Bütün xəbərlər
"Liverpul"un sabiq futbolçusu döyüldüyü üçün xəstəxanaya yerləşdirilib
Tarix: 25-03-2019 14:58 | Bölmə: Dünya

                               


                                     

İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Hari Makallister naməlum şəxsin hücumuna məruz qalıb.
“Report” “The Sun”a istinadən xəbər verir ki, hadisə İngiltərənin Lids şəhərində baş verib. Hazırda Şotlandiyanın “Reyncers” komandasında baş məşqçi Stiven Cerrardın köməkçisi olan veteran futbolçu həyat yoldaşı ilə taksi gözləyən zaman naməlum şəxs tərəfindən vurulub.
İnsident zamanı xəsarət alan H.Makallister xəstəxanaya yerləşdirilib. Onun üst dodağına 10 tikiş qoyulub. Onun həyatı üçün heç bir təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, H.Makallister 2000-2002-ci illərdə “Liverpul”da çıxış edib.


Baxış sayı: 501


Bölməyə aid digər xəbərlər