Bütün xəbərlər
Ermənistanda hərbi hissədə qiyam
Tarix: 23-03-2019 17:16 | Bölmə: Dünya



Ermənistandakı hərbi hissələrin birində əsgərlər qiyam qaldırıblar. 
Bu barədə “Sputnik Armenia” agentliyi məlumat yayıb. 
Hadisə barədə məlumat məxfi saxlanılsa da, həmin hərbi hissədə xidmət edən əsgərlərdən biri baş verənlər haqqında anasına danışdıqdan sonra xəbər mətbuata sızıb. 
Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanözünün Facebook səhifəsində yazıb ki, bir neçə intizamsız əsgər “90-cı illərin qaydalarını” tətbiq etməyə cəhd edib və bu məqsədlə digər əsgərləri qiyama sövq edib. 
Ovannisyan qiyamda iştirak edənlərin sayının 600-dək çatması barədə məlumatları şişirdilmiş adlandırıb. O bildirib ki, faktla bağlı araşdırma aparılıb, əsgərlər və zabitlər cəzalandırılıb.


Baxış sayı: 571


Bölməyə aid digər xəbərlər