14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Dünya çempionu AVRO-2020-dən sonra millidəki karyerasını başa vuracaq
Tarix: 23-03-2019 09:37 | Bölmə: Dünya

                                  


İngiltərənin "Çelsi" klubunun fransalı futbolçusu Olivye Jiru 2020-ci ildə keçiriləcək Avropa çempionatından sonra milli komandadakı karyerasını başa vuracaq.
"Report" "RTL France"yə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə AVRO-2020-nin seçmə mərhələsinin I turunda Fransanın Moldovanı səfərdə məğlub etdiyi oyundan sonra məlumat verib.
O, AVRO-2020-nin yığma ilə son turniri olacağını deyib: "Bundan sonra gənclərə yol verməliyəm. Kilian Mbappe komandadakı əsas hücumçu olacaq".
Qeyd edək ki, Fransa Moldovanı 4:1 hesabı ilə məğlub edib. Matça start heyətdə başlayan O.Jiru 36-cı dəqiqədə komandasının 3-cü qolunu vurub. Forvard 81-ci dəqiqədə əvəzlənib. Jiru Fransa yığmasının heyətində 2018-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub. 



Baxış sayı: 460


Bölməyə aid digər xəbərlər