Bütün xəbərlər
Yeni Zelandiyada 50 nəfərin ölümünə səbəb olan terrorçu ömürlük həbs ediləcək
Tarix: 22-03-2019 16:38 | Bölmə: Dünya

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məscidə silahlı hücum edən terrorçu ömürlük həbs cəzası alacaq.
Trend-in məlumatına görə, bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında çıxış edərkən deyib.
O bəyan edib: "Bu, hamımıza hücum deməkdir. Bununla əlaqədar olaraq ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək".
Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Baxış sayı: 489


Bölməyə aid digər xəbərlər