14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Ərdoğandan Yeni Zelandiyadan olan terrorçu ilə bağlı açıqlama
Tarix: 17-03-2019 05:57 | Bölmə: Dünya



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidə hücumda şübhəli bilinən Brenton Tarrantın iki dəfə Türkiyəyə səfər etdiyini bildirib.
Anadolu”nun məlumatına görə, o bildirib ki, Tarrantın ilk səfəri üç gün, ikinci səfəri isə 40 gün davam edib.
Ərdoğan hazırda həmin şəxsin Türkiyədəki əlaqələrinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparıldığını deyib.
“Lakin biz istəyirik ki, Yeni Zelandiya da Tarrantı məsuliyyətə cəlb etsin və o, həbsdə qalsın. Dünyanın o biri tərəfində yaşayan cinayətkar müsəlman və türklərə necə bu cür nifrət edə bilər?”, - deyə o vurğulayıb.
Ərdoğan qeyd edib ki, Tarrant Yeni Zelandiyada məscidə hücuma görə cəzasını almalıdır.



Baxış sayı: 532


Bölməyə aid digər xəbərlər