Bütün xəbərlər
Vatikanlı kardinala altı il həbs - Azyaşlı qızlara təcavüz edirmiş
Tarix: 13-03-2019 11:45 | Bölmə: Dünya




Vatikanın iqtisadiyyat katibliyinin keçmiş perfekti kardinal Corc Pell azyaşlılara qarşı seksual xarakterli zorakılığa görə altı il müddətinə azadlıqdan məhrum edilib.
Bu haqda SBC News məlumat yayıb.
Pell 1996-2001-ci illərdə Melburnun kilsə xoruna üzv olan 13 yaşlı iki qıza qarşı cinsi istismarda təqsirli bilinir. 77 yaşlı kardinalın işinə Melburn məhkəməsi baxıb.
Məhkəmə iclasının gedişi Avstraliya telekanalında canlı yayımlanıb. Hakim Piter Kidd altı illik həbs cəzası haqda qərarı səsləndirəndən sonra ona “Zərərçəkənlər sizə etibar edirdi, siz isə öz statusunuzdan və bu etibardan sui-istifadə etdiniz” deyə müraciət edib.
Pell azyaşlıların istismarı ilə bağlı mühakimə olunmuş ən yüksək vəzifəli katolik kilsə nümayəndəsi sayılır.
Kardinalın iyun ayına kimi qərardan yuxarı instansiya məhkəməsinə şikayət etmək haqqı var. Apellyasiya şikayəti təmin olunmasa, onun yalnız üç il səkkiz ay həbs cəzası çəkdikdən sonra şərti azad edilməsi ilə bağlı ərizəsinə  baxıla bilər.



Baxış sayı: 588


Bölməyə aid digər xəbərlər