Bütün xəbərlər
Əlcəzair hökuməti etirazçılara məğlub oldu
Tarix: 12-03-2019 01:26 | Bölmə: Dünya

                   Əlcəzair hökuməti etirazçılara məğlub oldu



Əlcəzair hökuməti ölkədə keçirilən kütləvi etiraz aksiyaları ilə əlaqədar istefaya gedib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident dəftərxanası rəsmi məlumat yayıb. 
Ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul olunub. Hazırki prezident Əbdüləziz Buteflika seçkidə namizədliyini irəli sürməyəcək.
Qeyd edək ki, fevralın 22-dən başlayaraq Əlcəzairdə prezient Əbdüləziz Buteflikanın yenidən seçkilərdə iştirakına qarşı kütləvi etiraz aksiyaları keçirilir. 



Baxış sayı: 589


Bölməyə aid digər xəbərlər