14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Hitlerin dəfinələrinin yeri məlum oldu - Masonlar yarım əsr gizlədib
Tarix: 09-03-2019 10:40 | Bölmə: Dünya



Almaniyada Üçüncü Reyx zabiti Eqon Ollehauerin şəxsi gündəliyi dərc olunub. Sözügedən gündəlikdə dəfinələrin olduğu yerlər barədə qeydlər var.
Bu haqda Daily Mail məlumat yayıb.
Gündəlikdə yer alan yazılara görə, faşist lideri Adolf Hitler qoşunları Polşadan geri çəkən zaman qızıl külçələri, sənət əsərlərini və digər qiymətli əşyaları gizlətməyi əmr edib. Bu qiymətli əşyalar 260 yük maşınına yüklənərək, adıçəkilən ölkənin 11 müxtəlif nöqtəsində gizlədilib. 


Dəfinələrdə 28 tona yaxın qızıl, zinət əşyası, medallar, dini xarakterli qiymətli əşyalar, 47 rəsm əsəri yer alır. İddiaya görə həmin tablolar arasında Botiçelli, Rubens, Karvaco, Mone, Rafael və Rembrant kimi görkəmli rəssamların şedevr əsərləri var
Sirləri üzə çıxaran gündəlik onillər ərzində Almaniyanın Kvedlinburq şəhərinin masson lojasında saxlanılıb, sonradan Schlesische Brücke fonduna ötürülüb. Mason şöbəsinin tələbi əsasında gündəlikdəki qeydlər gizli saxlanılıb. Belə ki, massonlar həmin hadisələrlə əlaqəli insanların, xüsusilə bütün “Vaffen SS” əməkdaşları ölməyənə qədər gündəliyin ictimailəşməsinə icazə vermirdi.
Hazırda fond gündəlikdə qeyd olunan yerlərdə Üçüncü Reyxin dəfinələrinin axtarışını aparır.




Baxış sayı: 650


Bölməyə aid digər xəbərlər